“Klubumuz üçün yeni dövr başlayır” – “Yuventus”un hücumçusu

“Yuventus”un hücumçusu Duşan Vlahoviç klubun parlaq gələcəyinə inanır.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, serbiyalı hücumçu yeni baş məşqçi ilə “Yuventus”un yeni dövrə qədəm qoyacağını bildirib:

“Bizim çoxlu gənc oyunçumuz var və indi klubumuz üçün yeni dövr başlayır. Buna heç bir şübhə yoxdur”.

Turin təmsilçisi keçən ay baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıraraq, Tiaqo Motta ilə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button