“Yuventus” uruqvaylı hücumçu üçün danışıqlara başlayacaq

“Yuventus” yay transfer pəncərəsi bağlanmadan hücum xəttini gücləndirmək niyyətindədir.

Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, Turin klubu əsas hücumçusu Duşan Vlahoviçlə yolları ayırmaq və onun əvəzinə yeni forvard transfer etmək istəyir. Onların hədəfində “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyes var.

“Yuventus” rəhbərliyi artıq Nunyesin transferi ilə bağlı danışıqlar planlaşdırır. “Liverpul” 26 yaşlı futbolçu üçün təxminən 60 milyon avro tələb edir. Bununla belə, İngiltərə klubu icarə əsasında keçidə və sonradan məcburi və ya könüllü satınalma şərtlərinə də açıqdır.

Nunyesə maraq göstərən digər klublar sırasında “Napoli” və Səudiyyə Ərəbistanının “Əl-Hilal”ı da yer alır. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button