“Real”ın futbolçusu İtaliya klubunun hədəfindədir

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” ispaniyalı futbolçunun transferində maraqlıdır. İtaliya klubunun rəhbərliyi onu yanvar transfer pəncərəsində almağa çalışacaq.

29 yaşlı futbolçu 2024/25 mövsümündə 45 matçda 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button