Miliki İtaliyaya qaytarmaq istəyirlər

“Yuventus” “Marsel”in hücumçusu Arkadiuş Miliki transfer etməyi düşünür.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. 28 yaşlı polşalı futbolçunun transferi ilə bağlı razılaşma Turin klubuna 10-15 milyon avroya başa gələ bilər.

“Marsel” Miliki 2021-ci ilin yanvarında, 2021/2022 mövsümünün sonuna kimi “Napoli”dən icarəyə götürüb.

Milik ötən mövsüm 37 oyunda 20 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button