
Ederson İtaliyanın başqa klubuna keçə bilər
“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” 25 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Turinlilər yarımmüdafiə xəttini gücləndirmək məqsədilə braziliyalı oyunçunun transferini gözdən keçirirlər.
Ederson ötən mövsüm A Seriyasında 37 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ilin yayından “Atalanta”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



