“Yuventus”un gözü fransalıda

Fransanın “Lion” klubunun futbolçusu Ussem Auar karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Turin klubunun futbolçuyla danışıq apardığı bildirilir.

Auarın adı yay transfer dövründə də “Yuventus”la yanaşı çəkilmişdi.

Fransalı futbolçunun “Lion”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button