“Yuventus”un futbolçusu Almaniya yolunda
“Yuventus”un futbolçusu Voyçex Şçesnı karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 31 yaşlı qapıçı ilə Dortmund “Borussiya”sı yaxından maraqlanır. Bundesliqa klubunun nümayəndələri mövsümün sonunda Şçesnı və “Yuventus”la danışıqlara başlayacaq.
“Yuventus” “Milan”ın qapıçısı Canluici Donnarummanı transfer etmək niyyətindədir. Turin təmsilçisi bu səbəbdən polşalı qapıçısını satmağa hazırdır.
“Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədər olan Şçesnı bu mövsüm A Seriyasında 27 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin