“Yuventus”un futbolçusu üçün mövsüm bitib
İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Ueston Makkenni üçün mövsüm başa çatıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri məlumat verib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Vilyarreal”la ilk oyununda (1:1) 23 yaşlı futbolçunun sol ayağında ikinci və üçüncü sümükləri sınıb. Bu səbəbdən, o, mövsümün qalanını buraxacaq.
Makkenni bu mövsüm “Yuventus”la 28 oyuna çıxıb, 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin