“Yuventus”un futbolçusu sıradan çıxdı – Millinin oyunlarını buraxacaq

“Yuventus”un və İtaliya millisinin üzvü Federiko Bernardeski zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Sol budunun əzələsindən zədələnən 26 yaşlı yarımmüdafiəçi, 15 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu müddətdən sonra o, yenidən tibbi müayinədən keçiriləcək. Bernardeski İtaliya millisinin UEFA Millətlər Liqasında sentyabrın 4-də Bosniya və Herseqovina və üç gün sonra Niderlandla keçirəcəyi oyunları buraxmalı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button