“Yuventus”un futbolçusu rəsmən Fransa klubunda

Fransanın “Monpelye” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliya çempionu “Yuventus”un ingilis hücumçusu Stefi Mavididini transfer edib.

Bu barədə “Monpelye”nin rəsmi saytı məlumat yayıb. 22 yaşlı forvardla müqavilənin müddəti açıqlanmayıb.

Fransa klubu bu transferə görə “Yuventus”a 6.3 milyon avro ödəyəcək.

Futbola London “Arsenal”ının akademiyasında başlayan Mavididi 2018-ci ildə “Yuventus”a keçib. Ötən mövsümün əvvəlində isə o, Fransanın “Dijon” klubunda icarəyə verilib. Gənc forvard bu komandada 28 oyuna çıxıb, 8 qola imza atıb.

Qeyd edək ki, Mavididi, “Monpelye”də forma geyinən ilk ingilis futbolçu olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button