
“Yuventus”un futbolçusu “Qalatasaray”ın təklifini rədd edib
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni “Qalatasaray”a keçməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı amerikalı futbolçu Turin klubunda qalmaq niyyətindədir. Komandanın baş məşqçisi Massimiliano Alleqri oyunçunu sağ cinah müdafiəçisinə çevirə bilər.
Makkenni 2022/23 mövsümünü icarə əsasında “Lids”də keçirib. O, İngiltərə klubunda 20 oyun keçirib və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin