
“Yuventus”un futbolçusu Premyer Liqanın 2 klubunun hədəfində
“Yuventus”un vingeri Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Nyukasl” və “Tottenhem” klubları maraqlanır.
İtaliyalı futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Kyeza bu mövsüm “Yuve”nin heyətində 8 oyun keçirib və 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin