
“Yuventus”un futbolçusu Premyer Liqa klubuna keçdi
“Yuventus”un futbolçusu Duqlas Luis İngiltərəyə geri qayıdıb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu “Nottingem Forest”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Duqlas 2025/2026 mövsümünü icarə əsasında Premyer Liqa klubunda keçirəcək.
27 yaşlı yarımmüdafiəçinin “Yuventus”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Vasko da Qama”, “Mançester Siti”, “Jirona”, “Aston Villa” kimi komandalarda oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



