Dibala qol sevincini niyə üzünü örtməklə qeyd edir?
“Yuventus”un futbolçusu Paulo Dibala qol sevincini üzünü örtməklə qeyd etməsinin səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə argentinalı oyunçu, “Otro” nərşinə müsahibəsində deyib:
“Bu, 2016-cı ildə oldu. Ailəm, dostlarım və yaxınlarımla yeni mövsümdə dəyişikliyə ehtiyacımın olduğunu müzakirə edirdim. Özümə xas nələrinsə olmasını istəyirdim.
Qladiatorların tarixini və “Qladiator” filmini çox bəyənirdim. Qladiatorlar döyüşə çıxmazdan əvvəl üzlərinə maska taxırlar. Bunu mən də bir simvol halına gətirmək istədim. Bundan sonra hara getsəm, bütün uşaqlar bu hərəkəti etməyimi istəyir. Bu, danışmağı çox sevdiyim bir hekayədir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin