Dibala İngiltərənin 6 klubuna təklif olundu

“Yuventus”un futbolçusu Paulo Dibala İngiltərənin 6 klubuna təklif olunub.

Komanda.az xəbər verir ki, bu barədə “90min.com” saytı məlumat yayıb. Xəbərdə, “Yuventus”la müqaviləsi mövsümün sonuna qədər olan argentinalı hücumçunun “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul”, “Arsenal” və “Çelsi”yə təklif olunduğu bildirilib.

Dibala bu mövsüm “Yuventus”la 23 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button