“Yuventus”un türk futbolçusu Premyer Liqa yolunda

“Yuventus”un futbolçusu Merih Demiral karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, türkiyəli müdafiəçi ilə “Everton” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Everton” Merihə illik 3 milyon avro qazanacağı müqavilə təklif etməyə hazırlaşır.

2019-cu ilin yayında “Sassuolo”dan “Yuventus”a keçən 23 yaşlı futbolçu Turin klubunda illik 1,8 milyon avro qazanır.

Bu mövsüm A Seriyasında 14 oyuna çıxan Merihin “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button