De Liqt “Yuventus”u tərk edə bilər
“Yuventus”un futbolçusu Matteys de Liqt qışda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə niderlandlı müdafiəçinin meneceri Mino Rayola “La Gazetta dello Sport” nəşrinə açıqlamasında deyib:
“De Liqt növbəti addımı atmağa hazırdır. Düşünürəm ki, o, karyerasını inkişaf etdirmək üçün ideal bir yerə gedəcək”.
22 yaşlı müdafiəçinin “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin