Qətərlilər Mancukiçi razı sala bilmədilər

“Yuventus”un futbolçusu Mario Mancukiçin Qətərin “Əl Duhail” klubuna keçidi baş tutmayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu qətərlilərə müqavilə şərtlərində razılığa gəlməyib və artıq İtaliyaya qayıdıb. “Əl Duhail” Mancukiçə illik 5 milyon avro təklif etsə də, xorvat futbolçu bununla razılaşmayıb.

2015-ci ildən “Yuventus”da forma geyinən Mancukiç, bu mövsüm heç bir rəsmi oyunda iştirak etməyib. Hücumçunun Turin təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button