“Madeyrada uşaq olarkən bunu xəyal belə, edə bilmirdim” – Ronaldo
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo A Seriyasının 27-ci turunun “Kalyari” ilə matçında (3:1) het-trik edərək, karyerasında 770-ci qola imza atıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu bununla da, Braziliya yığmasının sabiq futbolçusu Pelenin rəsmi oyunlardakı qol rekordunu (767) qırıb. Ronaldo, bununla bağlı rəsmi “instagram” hesabında paylaşım edərək, bunları qeyd edib:
“Dünyada Pelenin oyunları, hədəfləri və qazandığı uğurlar haqqında hekayələri dinləyərək böyüməyən futbolçu yoxdur və mən də istisna deyiləm. Bu səbəbdən, Pelenin rekordunu üstələdiyim üçün qürur duyuram. Madeyrada uşaq olarkən bunu xəyal belə, edə bilmirdim”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin