![](https://komanda.az/wp-content/uploads/2020/12/Yuventus-Ronaldo.jpg)
Ronaldo rekorda şərik oldu
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.
Komanda.az xəbər verir ki, A Seriyasının 17-ci turu çərçivəsində “Sassuolo”ya qarşı keçirilən oyunda fərqlənən portuqaliyalı hücumçu rəsmi matçlardakı qol sayını 759-a çatdırıb.
Ronaldo bununla da çexiyalı keçmiş futbolçu Yozef Biçana məxsus ən çox qol vurma rekorduna şərik olub. Sabiq hücumçunun da aktivində 759 qol var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin