“Düşünürdüm ki, 35 yaşımda balıq tutmağa gedəcəm” – Ronaldo

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Portuqaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, dünən 35 yaşını tamamlayan hücumçu, “A Bola” nəşrinə açıqlamasında bunları deyib:

“Uşaq olanda düşünürdüm ki, 35 yaşımda Madeyredə balıq tutmağa gedəcəm. Ağlıma gəlməzdi ki, oynadığım komandalarda oynayıb, qazandıqlarımı qazanacam.

İndi isə fikirləşirəm ki, 6-cı dəfə Çempionlar Liqasını qazanım. “Yuventus”la buna imkanım var. Çətin olsa da, mümkündür. Çünki yaxşı komandamız var”.