Ronaldodan “Yuventus”a 10 milyonluq jest
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo koronavirus pandemiyası səbəbilə klubunun zərərə uğramaması üçün məvacibinin azaldılmasına razı olub.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Ronaldo məvacibinin 30 faizindən imtina edib. Portuqaliyalı futbolçunun bununla da Turin klubuna 10 milyon avroluq fədakarlıq etdiyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin