“Turində mübarizə aparmaq üçün daha 90 dəqiqəmiz var” – Ronaldo

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında “Lion”a məğlub olduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu, rəsmi “instagram” hesabında bunları qeyd edib:

“İstədiyimiz nəticə deyildi, ancaq Çempionlar Liqasında oyunlar hər zaman çətin olur. Turində mübarizə aparmaq üçün daha 90 dəqiqəmiz var və yarışda irəliləyəcəyimizə inanıram”.

“Yuventus”la “Lion” arasındakı 1/8 finalın cavab matçı martın 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button