Braziliyalı futbolçu “Yuventus”dan ayrılacaq
“Yuventus” müdafiəçisi Aleks Sandro ilə bu mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməmək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun vətəninə qayıdacağı gözlənilir. Hazırda 33 yaşlı oyunçu ilə Braziliyanın iki klubu maraqlanır.
Sandro 2015-ci ildə “Portu”dan “Yuventus”a keçib. O, bu müddət ərzində bütün turnirlərdə 320 matçda iştirak edib, 15 qol vurub, 33 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin