“Yuventus”un futbolçusu İspaniya klubuna keçə bilər
Artur Melo qış transfer pəncərəsində “Yuventus”u tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin transferində “Betis” maraqlıdır.
Tərəflər danışıqlar aparıb. 28 yaşlı futbolçu Sevilya komandasına keçidə yaxındır.
Melo cari mövsümdə “Yuventus”un heyətində heç bir oyuna çıxmayıb. İtaliya çempionatının ötən mövsümündə “Fiorentina”da icarə əsasında çıxış edən yarımmüdafiəçi 33 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin