“Yuventus”un futbolçusu: “Ronaldo ilə oynadığım üçün çox şanslıyam”
“Yuventus”un futbolçusu Federiko Kyeza keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kyeza, Ronaldonun sanki başqa planetdən olduğunu deyib:
“Ronaldonun əzmkarlığı, gücü, problemləri həll etmə bacarığı mənim ilham qaynağımdır. Ronaldo sanki başqa bir planetdən gəlib. Onunla məşq etmək və nə qədər güclü olduğunu görmək həyəcanverici idi. Ronaldo ilə oynadığım üçün çox şanslıyam”.
Hazırda İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Ronaldo 2018-ci ilin yayından 2021-ci ilin avqustuna qədər “Yuventus”un uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin