“Everton”un hədəfindədir – “Yuventus”un ehtiyatda “yatan” futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo “Everton”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Turin komandasında oyun vaxtı əldə etmir və rəhbərlik ildə 5 milyon avro qazanan oyunçunu satmaq üzərində işləyir.

“Yuventus” bu yaxınlarda 28 yaşlı yarımmüdafiəçini icarəyə verməyə hazır olduğunu bildirib. Onunla İngiltərə Premyer Liqasının iki klubu maraqlanır. Maraqlanan klublardan biri “Everton”dur. Onlar potensial sözləşmənin şərtləri haqqında məlumat istəyib.

Melo bu mövsüm heç bir oyunda iştirak etməyib. Onun “Yuventus”la müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button