Duqlas Kosta rəsmən Braziliya klubunda
“Yuventus”un futbolçusu Duqlas Kosta karyerasını Braziliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi icarə əsasında “Qremio” klubuna keçib. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kosta 2021/22 mövsümünü icarə əsasında “Qremio”da keçirəcək.
Kosta bu mövsüm “Bavariya” klubunda icarədə idi. O, münhenlilərlə 22 oyunda bir qol vurub.
Müqavilə ilə “Yuventus”a məxsus olan braziliyalı futbolçu yeni klubuna pulsuz keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin