“Yuventus”un futbolçusu ABŞ klubu ilə müqavilə imzalayacaq
“Yuventus”un futbolçusu Duqlas Kosta karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi MLS təmsilçisi “Los Anceles Qalaksi” ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Kostanın ABŞ klubuna keçidinin detalları məlum deyil. “Los Anceles Qalaksi” yaxın zamanda 31 yaşlı futbolçunun keçidini açıqlayacaq.
Kosta hazırda icarə əsasında “Qremio”da çıxış edir. Onun klubla icarə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Kosta 2017-ci ildən “Yuventus”un futbolçusudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin