“Yuventus”un futbolçusu ABŞ klubunun “radar”ında
“Yuventus”un futbolçusu Corco Kyellini karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə “Çinçinatti” klubu maraqlanır. Bu barədə italyan jurnalist Nikola Skira “tvitter” hesabında məlumat yayıb.
O, Kyellininin “Yuventus”la yeni müqavilə imzalamayacağı halda, MLS təmsilçisinin futbolçuya təklif göndərəcəyini bildirib.
2005-ci ildən “qıca sinyora”da çıxış edən Kyellinin klubla müqaviləsi iyula qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin