“Bütün futbolçular onunla çalışmağa davam etmək istəyirlər” – Kyellini
“Yuventus”un futbolçusu Corco Kyellini açıqlama verib.
Komanda.az xəbər verir ki, “Football İtalia”ya danışan 36 yaşlı müdafiəçi, komandanın baş məşqçisi Andrea Pirlo ilə çalışmağa davam etmək istədiklərini deyib:
“Yuventus”un futbolçularının Pirlo ilə yaxşı münasibətləri var. Bütün futbolçular onunla çalışmağa davam etmək istəyirlər”.
“Yuventus” İtaliya kubokunun finalında “Atalanta”nı 2:1 hesabıyla məğlub edərək, kuboku qazanıb. A Seriyasında 5-ci pillədə yer alan “qoca sinyora”nın baş məşqçisi Pirlonun mövsümün sonunda komandanı tərk edəcəyi iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin