Matuidi: “Virusa yoluxduğumu eşidəndə şok oldum”

“Yuventus”un futbolçusu Blez Matuidi koronavirusa yoluxmasından danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, virusa qalib gələn fransız yarımmüdafiəçi, koronavirusa yoluxduğunu eşidəndə şoka düşüb:

“Düzünü desəm, mürəkkəb bir şey idi. Nəticəm müsbət çıxanda heç dükana da gedə bilmədim. Bu, əsl psixoza səbəb olmuşdu.

Hər zaman yaxınlarının bu virusa səndən yoluxmadığına əmin olmaq istəyirsən. Zehni olaraq da güclü qalmalısan. Məndə heç bir simptom yox idi. Virusa yoluxduğumu eşidəndə şok oldum. Panikada idim, ailəm və dostlarım üçün narahat idim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button