“Yuventus”un futbolçusu “Bayern”in hədəfində
“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo “Bayern”ə keçə bilər.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubu mövsümün sonunda 28 yaşlı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.
Rabyonun Turin klubu ilə müqaviləsi iyunun 30-na qədərdir. “Bayern” rəhbərliyi isə onu təzminat ödəmədən – azad agent kimi transfer etməyi düşünür.
Rabyo 2019-cu ildən “Yuventus”da çıxış edir. O, daha əvvəl PSJ və “Tuluza”da da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin