“Yuventus”un futbolçusu “Çelsi” yolunda
“Yuventus”un futbolçusu Aleks Sandro karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi ilə “Çelsi” klubu maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Çelsi” Sandronu zədə səbəbindən mövsümün qalan hissəsini buraxan Ben Çilluelə əvəzləyici düşünür.
31 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. Turin təmsilçisi Sandronu satmağa müsbət yanaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin