“Yuventus”dan ayrılır – anası ona klub axtarır

“Yuventus”un futbolçusu Adrien Rabiot qış fasiləsində komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi oyun praktikasının azlığından şikayətçidir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Rabiotun anası və meneceri olan Veronika Rabiotun artıq oğluna yeni klub axtardığı bildirilir.

Bu yay “Yuventus”a azad agent kimi keçən 24 yaşlı futbolçu, A Seriyasında cəmi 6 oyunda forma geyinib. Rabiotun Turin təmsilçisi ilə 2023-cü ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button