“Yuventus”u tərk edəcək – Alleqriyə görə
“Yuventus”un futbolçusu Aaron Remzi qışda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, uelsli yarımmüdafiəçi baş məşqçi Massimiliano Alleqrinin planlarında yer almır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Remzi Alleqrinin “Yuventus”a gəlişindən sonra cəmi 7 dəqiqə şans qazanıb.
Turin təmsilçisi qışda futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək. Remzi üçün təklif olmazsa, onun müqaviləsinə xitam veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin