Əmrə Can Sarrinin qərarına əsəbiləşdi: “Bu barədə bir daha danışacam”
“Yuventus”un futbolçusu Əmrə Canın adı Çempionlar Liqasının qrup oyunları üçün açıqlanan heyətə daxil edilməyib.
Komanda.az xəbər verir ki, bununla bağlı Almaniyanın “Bild” nəşrinə açıqlama verən yarımmüdafiəçi, baş məşqçi Mauritsio Sarrinin bu qərarına təəccübləndiyini deyib:
“Tamamilə şokda idim. Baş məşqçi ilə söhbətim cəmi bir dəqiqə davam etdi və mənə Çempionlar Liqasında nə üçün oynamayacağımla bağlı səbəb deyilmədi.
Bu məni həm əsəbiləşdirir, həm də məyus edir. Keçən həftə mənə klub tərəfindən başqa söz verilmişdi. Milli komandadan qayıtdıqdan sonra klub rəhbərliyi ilə bu barədə bir daha danışacam. Mənə PSJ-dən təklif var idi, amma mən Çempionlar Liqasında oynamaq şərti ilə “Yuventus”da qalmağı seçdim”.
Canla yanaşı, Mario Mancukiç və Corco Kyellini də Çempionlar Liqasının oyunları üçün sifariş olunmayıb.
Bizi Facebook-da izləyin