“Yuventus”un futbolçusu əməliyyat olundu
“Yuventus” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Sami Kxedira əməliyyat olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı futbolçu Almaniyanın Auqsburq şəhərində əməliyyat edilib. Kxedira mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
İtaliya A Seriyasında lider olan “Yuventus” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin