“Milan”la oyundan sonra “Yuventus”da gərginlik
“Yuventus”un futbolçuları Voyçex Şesnı ilə Adrien Rabiot arasında gərginlik yaşanıb.
Komanda.az xəbər verir ki, hər iki oyunçu A Seriyasının 4-cü turu çərçivəsində “Milan”a qarşı keçirilən oyundan (1:1) sonra mübahisə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qapıçı Şesnı “Milan”lı Ante Rebiçin vurduğu qolda Rabiotun səhvinin olduğunu deyib, onu günahkar çıxarıb. Fransalı yarımmüdafiəçi isə səhvin qapıçıda olduğunu bildirib. Futbolçular paltardəyişmə otağında bir-birinə yüksək səslə cavab veriblər. Tərəflər sakitləşdirilsə də, onlar arasında gərginlik hələ davam edir.
“Yuventus” bu mövsüm A Seriyasında ilk 4 turdan sonra qələbə qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin