“Yuventus”da narazılıq: Ronaldo üzr istəsin!

“Yuventus”un futbolçuları komanda yoldaşları Kriştiano Ronaldonun hərəkətlərindən narazıdırlar.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ronaldo A Seriyasının sonuncu turunun “Milan”la oyununda (1:0) əvəzlənən zaman baş məşqçi Mauritsio Sarri ilə görüşməmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı.

“Yuventus”lu futbolçular portuqaliyalı hücumçunun davranışlarından narazıdır və onun komanda heyətindən üzr istəməsini tələb edirlər.