“İnsanların əlindən iki saatlıq həzzi almaq düzgündürmü?” – Sarri

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri A Seriyasında “İnter”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Bu, çox vacib qələbədir. Ancaq qarşıda hələ 12 oyunumuz var. Bu gün meydanda olan komanda istədiyimə daha yaxın idi. Son zamanlarda bir qədər psixoloji problemlər yaşadıq. Qol vurduqdan sonra oyun dəyişdi. Futbolçularımın özlərinə inamları daha da artdı”.

Sarri, koronavirus epidemiyasına görə oyunun azarkeşsiz keçirilməsinə də münasibət bildirib:

“Nə deyəcəyimi bilmirəm. Mən məşqçiyəm və futboldan danışmalıyam. İnsanların əlindən iki saatlıq həzzi almaq düzgündürmü? Yoxsa həqiqətənmi, virus futbolçuların və işçilərin sağlamlığı üçün ciddi təhlükədir?”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button