Pirlo: “Təəssüf ki, bu mövsüm ondan tam istifadə etmək fürsətimiz olmadı”
“Yuventus”un baş məşqçisi Andrea Pirlo futbolçusu Paulo Dibala haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Pirlo, zədəsini yeni bərpa edən argentinalı yarımmüdafiəçinin hələ hazır olmadığını deyib:
“Dibala hələ formada deyil. Məşqlərə başlayıb, yalnız hələ fərdi çalışır. Təəssüf ki, bu mövsüm ondan tam istifadə etmək fürsətimiz olmadı. Bu mövsüm ərzində yüz faiz hazır olmayıb. Daim onunla danışıram və mənə oynamaq istədiyini bildirir. Dibala mövsümün sonunda bizə kömək edəcək”.
Dibala bu mövsüm A Seriyasında 11 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin