Sarri Pyaniç haqda: “Karyerasını əla bir komandada başa vuracaq”
“Yuventus”un baş məşqçisi Mauritsio Sarri “qoca sinyora”dan “Barselona”ya keçən Miralem Pyaniç haqda danışıb.
Komanda.az xəbər verir ki, “goal.com”a danışan italyan mütəxəssis, Pyaniçin Kataloniya təmsilçisində xoşbəxt olacağını deyib:
“Pyaniç “Barselona”da xoşbəxt olacaq. O, karyerasını əla bir komandada başa vuracaq. Pyaniçin qərarından məmnun olacağını düşünürəm. Transfer pəncərəsi dövrünün açılmasına iki ay var. Bu müddətə qədər Pyaniç bizimlə olacaq. Gəlin, mövsümün sonuna qədər onun oyunundan zövq alaq”.
“Barselona” Pyaniçlə 4 illik müqavilə imzalayacaq. Kataloniya təmsilçisi 30 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro ödəyəcək. “Barsa”nın futbolçusu Artur da “Yuventus”a transfer olunub. “Yuventus” ona görə 72 milyon avro ödəyəcək. “Barselona” daha 10 milyon avro da bonuslardan gəlir gözləyir.
Bizi Facebook-da izləyin