“Yuventus”un baş məşqçisi İtaliya qəzetinin direktoruna hücum edib
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun finalında “Atalanta”ya qalib gəldikdən (1:0) sonra “Tuttosport” qəzetinin direktoru Qvido Vaçaqonun üstünə hücum çəkib.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Alleqri, qəzet rəsmisini fırıldaqçılıqda günahlandırıb:
“Bəli, direktor! Bəli, siz “kasıb rejissorsuz”. Öz qəzetinizdə cəmiyyətin sizə diktə etdiyini yox, həqiqəti yazın! Oxucularla fırıldaqçı oyunu oynamağı dayandırın”.
Vaçaqo cavabında bildirib ki, onun qəzeti həmişə yalnız doğru xəbərlər yazır.
Alleqri daha əvvəl “Yuventus”dakı gələcəyini dəyərləndirmişdi. Mətbuat onun bu yay postunu tərk edəcəyini yazıb. Alleqrinin yerinə Tiaqo Motta təyin olunacaq.
Alleqri 2021-ci ildən “Yuventus”u çalışdırır.
Bizi Facebook-da izləyin