“Yuventus”un Sarriyə ödəyəcəyi təzminatın məbləği bilindi
“Yuventus”un baş məşqçi Mauritsio Sarrini istefaya göndərdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi 2022-ci ilin yayına qədər sözləşməsi olan Sarrini müqaviləsi bitməmiş göndərdiyi üçün ona təzminat ödəyəcək.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Yuventus”un 61 yaşlı mütəxəssisə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir.
“Yuventus” Sarridən boşalan baş məşqçi postuna Andrea Pirlonu gətirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin