
Alleqri: “Morata “Yuventus”dan ayrılmayacaq”
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri adı “Barselona ilə hallanan Alvaro Morata haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Alleqri, ispan hücumçunun komandada qalacağını söyləyib:
“Morataya burada qalacağını, “Yuventus”dan ayrılmayacağını dedim və məsələ bağlandı”.
İspaniya mətbuatı Moratanın “Barselona” ilə razılaşdığını iddia edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin