“Bu vəziyyətə görə pis olmağın mənası yoxdur” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasında “Verona”ya uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, DAZN telekanalına danışan Alleqri, 1:2 hesabıyla məğlub olduqları matçı belə şərh edib:
“İndi nəsə demək mənasızdır. Pis vəziyyətdəyik və turnir cədvəlinin orta sıralarındayıq. Bir az daha qətiyyətli olmalı və daha çox çalışmalıyıq. Özümüzü bu vəziyyətdən çıxarmalıyıq. Bu vəziyyətə görə pis olmağın mənası yoxdur. Çünki bu, nəyəsə kömək olmayacaq. Nələr etməli olduğumuzu düşünməli və daha çox çalışmalıyıq.
“Yuventus” forması geyinmək o demək deyil ki, orta sıralarda olan komandalara mütləq qalib gələcəksən. Hər oyuna ciddi yanaşmalı və qələbə qazanmalıyıq”.
“Yuventus” A Seriyasında 8-ci sıradadır.
Bizi Facebook-da izləyin