“Yuventus”un 20 milyon avroluq təklifi rədd edildi

“Atletiko” “Yuventus”un Alvaro Morata üçün 20 milyon avroluq təklifini rədd edib.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubu 29 yaşlı ispaniyalı hücumçu üçün təklif etdiyi məbləği artırarsa, Morata karyerasını “Yuve”də davam etdirə bilər.

“Yuventus” Moratanı 2020-ci ildə iki mövsüm üçün 20 milyon avroya icarəyə götürüb. Bu müddət ərzində hücumçu 92 oyun keçirib və 32 qol vurub. Onun “Atletiko” ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button