“Yuventus”un 2 futbolçusu Premyer Liqa klubuna keçib – Rəsmi

“Aston Villa” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Yuventus”dan mərkəz yarımmüdafiəçisi Enzo Barreneçea və hücumameyilli yarımmüdafiəçi Samuel Aylinq Birmingem klubuna keçib. 23 yaşlı Barreneçea və 20 yaşlı Aylinqin müqaviləsinin hansı müddətə qədər olduğu açıqlanmayıb.

Bir gün əvvəl braziliyalı yarımmüdafiəçi Duqlas Luisin əks marşrutla – “Aston Villa”dan “Yuventus”a keçəcəyi açıqlanmışdı.

“Aston Villa” gələn mövsüm İngiltərəni Çempionlar Liqasında təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button