
“Yuventus” portuqaliyalı futbolçu üçün yeni təklif hazırlayır
“Yuventus” yay transfer dövründə heyətini vingerlə gücləndirməyi nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas prioritet hələ də “Portu”udan Fransisko Konseysaonun transferidir, baxmayaraq ki, tərəflər arasında müəyyən fikir ayrılıqları var.
Turinlilər Konseysaoya üstünlük verirlər. 22 yaşlı portuqaliyalı futbolçu icarə müddəti başa çatdıqdan sonra “Portu”ya qayıdacaq. “Yuve” onun transferi üçün danışıqlarda “Portu” ilə razılığa gələ bilməyib. Portuqaliyalılar onun üçün 30 milyon avro tələb edirlər. “Yuventus” rəhbərliyi yeni təklif üzərində çalışır.
Digər tərəfdən, “Mançester Yunayted”dən Ceydon Sanço da maraq dairəsindədir, ancaq “Yuventus” onu “B planı” olaraq görür. Buna baxmayaraq, müxtəlif mənbələr Sançonun transferində tərəflər arasında razılığın yaxın olduğunu bildirirlər.
Bizi Facebook-da izləyin



